14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


09.01.2021  12:37 

Azad edilmiş ərazilərə QAYIDIŞ - İnsanlar kompakt yaşayacaq





A+  A-

İşğaldan azad edilmiş şəhər, rayon və kəndlərdə aparılacaq quruculuq-bərpa işləri hazırda ən çox müzakirə olunan məsələlərdəndir.
Ərazilər necə bərpa olunacaq, həmin bölgədən olanlar işğaldan öncə qoyub gəldikləri dədə-baba yurdunda yerləşdiriləcək, yoxsa “Cocuq Mərcanlı” variantına – müasir tipli kompakt qəsəbələrin salınmasına üstünlük veriləcək? Yəni yaşayış evləri necə, harda tikiləcək?

Bu suallar Qarabağın işğaldan azad edilmiş rayonlarının sakinlərini rahatsız buraxmır, onlar arasında hər gün müzakirələrə səbəb olur.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün 2021-ci iln dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb.

Ölkə başçısının sərəncamı ilə işğaldan azad edilmiş ərazilərə aid məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Əlaqələndirmə Qərargahı artıq bütün məsələlərin mərkəzləşdirilməsi məqsədilə müzakirələr aparıb. Eyni zamanda, işin təşkilini təmin etmək məqsədilə Əlaqələndirmə Qərargahı nəzdində idarələrarası mərkəz yaradılıb. Həmçinin bu mərkəzin nəzdində müxtəlif istiqamətlər üzrə 16 işçi qrupu yaradılıb. İşçi qruplarında 55 dövlət qurumunun 160 nümayəndəsi iştirak edir.
Əlaqələndirmə Qərargahı qəbul olunmuş qərarlara uyğun olaraq Strateji Fəaliyyət Planı hazırlayıb. Həmin planın əsasında tədbirlər planı da hazırlanıb və bütün aidiyyəti qurumlarla razılaşdırılıb.
Rəsmi məlumata görə, artıq bir sıra şəhərlərin yerləşdirilməsi və onların planlaşdırılması ilə bağlı işlərə başlanılıb.

XəzərNews.az bildirir ki, Modern.az-ın hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, işğaldan azad edilmiş hər bir rayon və şəhərin özünün ayrıca baş planı hazırlanacaq. Həmin planlara uyğun olaraq məskunlaşdırma həyata keçiriləcək. Yəni “mən mütləq dədə-baba yurdumda yaşamalıyam” düşüncəsi azad edilmiş ərazilərə qayıdış zamanı əsas götürülməyəcək.

Hökumətdəki mənbə qeyd edib ki, “Cocuq Mərcanlı” variantına üstünlük veriləcək, yəni azad edilmiş bütün ərazilərdə müasir tipli qəsəbə və şəhərlərin salınması nəzərdə tutulur. Hökumət dağıdılıb viranə qoyulmuş kənd, qəsəbə və şəhərlərin yerində salınacaq müasir yaşayış məntəqələrinin işıq, su, qaz, kanalizasiya xətlərilə təmin olunmasını, müasir yol infrastrukturunun qurulmasını planlaşdırır.

Bu yaşayış məntəqələrində insanlar kompakt halında yaşamalı olacaqlar. Onlara həyətyanı sahələrlə yanaşı, kənarda ayrıca əkin yerlərinin ayrılması da nəzərdə tutulur.

Hətta işğaldan öncə bir-birindən çox aralı məsafədə və evləri dağınıq (pərakəndə) şəkildə yerləşmiş kiçik kəndlərin birləşdirilməsi variantı da nəzərdən keçirilir.

Xəbər 2426 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +