Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


01.07.2019  16:54 

Bakıda hamilə qadının bətnindəki körpə əməliyyat edildi





A+  A-

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında hamilə qadının bətnindəki uşaq (döl) üzərində mürəkkəb əməliyyat icra olunub.
XəzərNews.az xəbər verir ki, klinikanın ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun sözlərinə görə, digər klinikalarda xəstəyə hamiləliyi sonlandırmağı məsləhət görsələr də, qadın buna razı olmayıb. Yalnız ATU Tədris Cərrahiyyə Klinikasında bətndəki dölü əməliyyat etməyə razılıq verilib.

T.Canbaxışovun sözlərinə görə, pasiyent klinikaya hamiləliyin 31 həftəliyində müraciət edib. Daha öncəki müayinələr zamanı xanımın bətnindəki uşağın döş qəfəsinə mayenin yığıldığı aşkarlanıbmış: "Döş qəfəsinə maye yığıldığı üçün ürək sıxılırdı. Bu, ürəyin fəaliyyətinə mane olduğu üçün dölün bütün bədənində ödəm inkişaf edirdi. Bİr neçə tibb müəssisələrində hamiləliyin sonlandırılmasını tələb etsələr da, ailə belə bir qərarla razılaşa bilmirdi”.

ATU Tədris Cərrahiyyə Klinikasında döldən genetik analiz götürülüb və nəticədə uşağın sağlam olduğu dəqiqləşdirilib. Bundan sonra əməliyyat planlaşdırılıb. Həkim deyir ki, adətən döş qəfəsinə mayenin yığılmasının səbəbi ağciyərlərin üstünü örtən selikli qişanın gec inkişafı ilə əlaqələndirilir. Əgər zamanında yardım göstərilməzsə, döl ürək çatışmazlığından tələf olur. Odur ki, dölün əməliyyat olunmasına qərar verilib.

T.Canbaxışov bildirir ki, əməliyyat hamiləliyin 32-ci həftəliyində aparılıb. Ümumi anesteziya altında ana bətninə daxil olunub və dölün döş qəfəsinə stend taxılıb. Bu stend ağ ciyərin ətrafındakı mayenin uşaqlıq boşluğuna axmasını təmin edib. beləliklə, ürəyin fəaliyyəti bərpa olunub.

Hamiləliyin 36-cı həftəsində dünyaya gələn körpə bir neçə gün yenidoğulmuşların reanimasiyasında müalicə aldıqdan sonra tam sağlam valideynlərinin qucağında xəstəxananı tərk edib.

Xəbər 2981 dəfə oxunub.




22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +