İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb
Bakıda sakit hava, rayonlara yağış yağacaq
Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl


20.05.2017  13:49 

Qənirə Paşayeva vitse-prezidenlə görüşdü





A+  A-

Millət vəkili Qənirə Paşayeva Vyetnamın vitse-prezidenti xanım Dang Thi Ngoc Thinh ilə görüşüb.
XəzərNews.az xəbər verir ki, Ümumdünya Qadın Sammitində iştirak edən və Vyetnamın vitse-prezidenti xanım Dang Thi Ngoc Thinh və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu bildirən millət vəkili Azərbaycan hökuməti və parlamentinin ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə böyük önəm verdiyini deyib. Vyetnamın vitse-prezidenti də Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük önəm verdiklərini deyib. Q.Paşayeva Azərbaycanın fəal qadınlarının Vyetnamla əməkdaşlığa verdiyi önəmdən və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolundan danışıb və fikir mübadiləsi olub. Millət vəkili Vyetnamın vitse-prezidenti Dang Thi Ngoc Thinh və onun rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanla bağlı, xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Q.Paşayeva görüş zamanı Vyetnam nümayəndə heyətinin üzvlərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə məlumatlar verib. Millət vəkili Vyetnamın sabiq vitse-prezidenti xanım Truong My Hoa ilə də görüşüb və fikir mübadiləsi aparılıb. Q.Paşayeva görüşün sonunda onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.

Xəbər 1794 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +