Səudiyyə ABŞ-a 600 milyard dollar yatıracaq
Kiyevdə oteldə atışma olub
Zelenski Lula da Silvadan nə xahiş edib?
Gömrük Komitəsinin tenderi niyə ləğv edilib?
Hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı
Bank kartlarından 15 min manata yaxın pul oğurlandı
Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi


09.06.2020  17:11 

Vətəndaşları Bakıya qanunsuz keçirənlər saxlanıldı





A+  A-

Ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına zidd olaraq bölgələrdən rayon qeydiyyatında olan şəxsləri qeyri-qanuni yollarla Bakı şəhərinə gətirən sərnişin mikroavtobuslarının sürücüləri saxlanılıblar.
XəzərNews.az xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakinləri Şərkan Kamalov, Şamo Şamilov, Sumqayıt şəhər sakini Elçin Əliyev və Füzuli rayon sakini Hafiz Ağayev tutulub.

Araşdırma zamanı müəyyən olunub ki, Hafiz Ağayev və Elçin Əliyev sərnişinləri əvvəlcədən razılaşdırdıqları kimi Ələt qəsəbəsindəki karantin postuna bir neçə kilometr qalmış avtomobildən düşürürmüşlər. Burada isə sərnişinləri Şərkan Kamalov və Şamo Kamilov idarə etdikləri mikroavtobuslara mindirərək posta daxil olmadan müxtəlif yollarla paytaxta gətirirmişlər.

Qeyd edilən faktlarla bağlı dəstə üzvlərinin hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs ediliblər.

Xəbər 1860 dəfə oxunub.




14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +