Fransa Ukraynada dron istehsal edəcək
Yük avtomobili “Volkswagen“i əzib keçdi
Deputat Sumı əhalisinin təxliyəsini təklif edib
İlon Mask Trampla bağlı paylaşımı silib
Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava
Paşinyana qarşı impiçment prosesi başlayır
Qırğızlar Leninin ən hündür abidəsini sökdülər
Ukraynalı qadın və qızı Belçikada öldürülüb
İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb


18.06.2021  08:52 

İranda prezident seçkiləri keçirilir





A+  A-

Bu gün İranda prezident seçkiləri keçirilir.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 06:30-da-red.) başlayıb. Seçkilər günü respublika ərazisində 66,8 minə yaxın seçki məntəqəsi açılıb.

İran vətəndaşları, həmçinin 133 dünya ölkəsinin 234 seçki məntəqəsində səs verə biləcək. Səsvermə hüququna malik iranlıların ümumi sayı 52 milyon 310 min nəfər təşkil edir.

Çərşənbə günü Məclisin (parlament) Qum şəhərindən olan deputatı Alireza Zakani, keçmiş vitse-prezident Mohsen Mehrəlizadə və Ali Milli Təhlükəsizlik Şurasının eks-katibi Səid Cəlili namizədliklərini geri götürdüklərini açıqlayıb. Dövlət başçısı postu uğrunda Qəbul edilən qərarların məqsədəuyğunluğu üzrə Şuranın katibi Möhsün Rezai, Ali Məhkəmənin sədri İbrahim Rəisi, parlament sədrinin müavini Əmirhüseyn Qazizadə Haşimi və Mərkəzi Bankın sabiq rəhbəri Əbdünnasir Himməti mübarizəni davam etdirirlər.

İranın indiki prezidenti Həsən Ruhani bu posta ardıcılı olaraq iki dəfə seçildiyindən öz namizədliyini irəli sürə bilməz.

Xəbər 1517 dəfə oxunub.



05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +