Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


17.09.2020  16:10 

Zərdabda qoyun oğruları TUTULDU





A+  A-

Zərdab rayonunda ayrı-ayrı şəxslərə məxsus fərdi təsərrüfatlardan xırda buynuzlu heyvanlar oğurlayan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, Zərdab, Göyçay və Qəbələ Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri Göyçay rayon sakini Səfa Xəlilov və Qəbələ rayon sakini Şamil Əlibəşirov tutulublar.

Araşdırma zamanı onların Zərdab rayonu Gödəkqobu kənd sakini olan bir nəfərin həyətindən 33 baş qoyun-quzu oğurladıqları məlum olub. Həmçinin Zərdab RPŞ-də dəstə üzvü Şamil Əlibəşirovun ətrafında aparılan əməliyyat tədbirləri zamanı onun Qəbələ rayonu Topbağ kəndində daha bir nəfərin həyətindən əlavə 43 baş qoyun oğurladığı da sübuta yetirilib.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 1910 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +