Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


01.10.2020  08:56 

“Prosesləri böyük narahatlıqla izləyirik” - Gürcüstan XİN





A+  A-

Bütün dünya kimi, Gürcüstan da Dağlıq Qarabağdakı vəziyyətin deeskalasiyasına çağırır.
XəzərNews.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, Gürcüstanın Baş Naziri Georgi Qaxariyanın Azərbaycan və Ermənistana sülh danışıqları üçün Tbilisini platforma kimi təklif etməsi ilə bağlı təşəbbüsü zamanında olub və avropalı tərəfdaşlar tərəfindən tamamilə dəstəklənir.

O, həmçinin qeyd edib ki, Gürcüstan vəziyyəti böyük narahatlıqla izləyir:

“Biz bu prosesləri böyük narahatlıqla izləyirik. Bu, bilavasitə bizim qonşuluqda baş verir. Tarixən bizim azərbaycanlı və erməni həmvətənlərimizlə dinc şəraitdə birgə mövcudluqla bağlı zəngin təcrübəmiz var. Bu, gələcəkdə də davam etməlidir”.

Siyasətçinin fikrincə, vəziyyətin gərginləşməsi yalnız Cənubi Qafqaza deyil, bütün Qara dəniz regionuna təhlükə yaradacaq və onun regiondan kənara yayılması ehtimalı böyükdür.

Xəbər 2041 dəfə oxunub.




01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +