Fransa Ukraynada dron istehsal edəcək
Yük avtomobili “Volkswagen“i əzib keçdi
Deputat Sumı əhalisinin təxliyəsini təklif edib
İlon Mask Trampla bağlı paylaşımı silib
Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava
Paşinyana qarşı impiçment prosesi başlayır
Qırğızlar Leninin ən hündür abidəsini sökdülər
Ukraynalı qadın və qızı Belçikada öldürülüb
İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb


05.03.2019  15:23 

Əbülfəs Qarayev: “Əvvəl ölkədə 4500 kitabxana vardı, indi isə 2600”





A+  A-

“Elə kəndlər var ki, orada dağıdılmış vəziyyətdə müəssisə və ya işləməyən kitabxanalar var. Necə düşünə bilərik ki, onların hamısı bərpa edilib və onları maddi-texniki baza ilə təmin etmək mümkün olar? Odur ki, bütün bu işlər mərhələli şəkildə icra olunmalıdır”.
XəzərNews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazirin sözlərinə görə, əvvəllər kitabxanaların sayı çox idisə, bu gün fərqlidir.

“Əvvəllər ölkədə 4500 kitabxana vardı. İndi isə ölkədə 2600 kitabxana var”.

O qeyd edib ki, kinematoqrafiya sahəsilə bağlı bir neçə layihə müzakirə olunur və kino sisteminin yeni formada idarə olunması üçün lazımi addımlar atılacaq:

"Həmçinin yeni teatr iderəetmə sisteminin formalaşdırılması üçün aparıcı teatrlara əlavə vəsait ayrılacaq. Yaradıcı proses dayanmamalı və işlər sistemli xarakter almalıdır. Bəzi qanunlara əsaslanan mövcud sistem daha müasir əsasda qurulmalıdır".



Xəbər 1436 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +