Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF
Ən çox plan yeri ayrılan ixtisaslar - SİYAHI
İçkili halda yüksəkgərginlikli elektrik dirəyinə çıxdı
Maliyyə naziri Maska hücum edib
Moskvada qaz balonları olan anbarda yanğın-VİDEO
İranda atışma olub: Ölən var-VİDEO
Almaniyada terror aktı
Ukrayna ordusu Rusiyanın hərbi qatarını vurub
Lukaşenko bu liderə abidə ucaltmağı təklif etdi
Fransa Ukraynada dron istehsal edəcək


25.01.2019  15:57 

“Bələdiyyə sədri oğrudursa, onu tutmaq lazımdır”





A+  A-

“Biz bələdiyyələri qorumalıyıq. Amma bunun əvəzində hər il bələdiyyə üzvlərinin və bələdiyyə sədrlərinin məsuliyyətə, istintaqa, məhkəmə çəkişmələrində artım müşahidə edirik”.
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iclasında millət vəkili Tahir Rzayev bildirib. O qeyd edib ki, bu kimi faktlar insanlarda bələdiyyələrə, bələdiyyə üzvlərinə inamı sarsıdır: “Bunlar insanların, yerli əhalinin bələdiyyələrə olan inamını azaldır. Hesab edirəm ki, artıq hər adi məsələyə görə bələdiyyə üzvlərini, bələdiyyə sədrlərini istintaqa, məhkəməyə, məsuliyyətə cəlb etmək lazım deyil. Artıq bələdiyyə sədrlərinə oğru kimi baxırlar. Bu, düzgün deyil. Bu tendensiyaya son qoyulmalıdır. Adi məsələdən ötrü bələdiyyə sədrinin məhkəməyə işi düşəndə o hörmətini itirir”.

***

“Bəzi deputat həmkarlarım bələdiyyə sədrlərinin inzibati tədbirlərə cəlb olunması ilə bağlı narahatlıqlarını ifadə etdilər. Məncə, bu olmalıdır. Çünki bələdiyyələrin 20 il təcrübəsi var. Bundan sonra onları maarifləndirmək məsələsi mənə çatmır”.

Bunu deputat Fəzail İbrahimli Regional məsələlər komitəsinin iclasında deyib. O qeyd edib ki, biz bəzən eyforiyaya qapılırıq: “Bələdiyyə sədri oğrudursa, onu tutmaq lazımdır. Burada hansı güzəştdən söhbət getməlidir ki? Boynubükük, qulağı sallaq bələdiyyə sədrinin mərkəz də, başçı da canını alacaq. Burada şəxsiyyət obrazı var. Özünə hörmət qoyan bələdiyyə sədri olarsa siz də hörmətlə yanaşacaqsınız. Biz rəqəmlərin naminə güzəşt etməməliyik. Bələdiyyə bilmir ki, oğurlayanda bunun cəzası var?! And olsun, bələdiyyə üzvləri də, sədrləri də bizdən yaxşı bilirlər hər şeyi. Onları işləməyə vadar edən təkliflərlə çıxış etmək lazımdır. Sonra da tut yaxasından de ki, sənin işin budur. Mən bələdiyyə sədrlərinə qürur, şux qamət arzulayıram”.

Xəbər 1808 dəfə oxunub.




08.06.2025  03:34 

Maliyyə naziri Maska hücum edib

08.06.2025  00:52 

Bakıda yanğın baş verib

08.06.2025  00:49 

Almaniyada terror aktı


BÜTÜN XƏBƏRLƏR +