Vasif Talıbovun səhhəti pisləşdi
Rusiyada azərbaycanlılar qəzaya düşdü: 3-ü öldü
Bakı-Ələt yolunda avtomobil qəzası baş verib
Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb
Zelenski Hakan Fidanı qəbul edib
Putin üçlü görüşə hazırdır? - Açıqlama
İcra ödənişləri 10 dəfəyədək artırılır
Vüsal Aslanov Aparat rəhbərini işdən çıxardı
MM-in növbədənkənar sessiyası çağırılıb
Müdafiə Nazirliyi erməniləri təkzib etdi


05.08.2017  11:38 

60 yaşdan sonra evlənənlər...





A+  A-

Dövlət Statistika Komitəsinin 2016-cı ildə evlənən bəy və gəlinlərin nikah vəziyyətinə dair məlumatında maraqlı məqamlar üzə çıxıb.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, ötən il ölkədə 66771 nikah qeydə alınıb. Məlum olub ki, ailə quranlardan 61566 kişi və 64250 qadın hec vaxt nikahada olmayanlardır.

Ötən il 4502 boşanmış kişi və 2353 boşanmış qadın yenidən nikaha girərək, ailə qurublar.

Yeni ailə quranlar arasında dullar da az deyil. Belə ki, 703 dul kişi və 168 dul qadın da ötən il nikaha girərək, yeni ailə quranlar sırasına daxil olub.

Maraqlıdır ki, boşandıqdan sonra yenidən ailə quran kişilərdən 228-i, dul qaldıqdan sonra evlənən kişilərin isə 237-si yaşı 60-dan yuxarı olan qocalardır.

Boşandıqdan sonra yenidən ailə quran 60 yaşdan yuxarı qadınların sayı 71, dul qalandan sonra ərə gedən ağbirçəklərin sayı isə 10 nəfər olub.

Qocalarla bağlı daha bir maraqlı məqam: Ötən il 174 kişini ilk dəfə 60 yaşından sonra evləndiriblər. Eyni zamanda ata evində qarımış 60 qadın da ilk dəfə 60 yaşdan sonra ərə verilib.

Xəbər 1535 dəfə oxunub.



30.05.2025  15:47 

Zelenski Hakan Fidanı qəbul edib

30.05.2025  13:29 

Hakan Fidan Kiyevə səfər edib

30.05.2025  12:28 

Sabah 36 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +