Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


31.07.2017  12:24 

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır





A+  A-

Sabahdan 2017-2018-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 266 ümumi təhsil müəssisəsindəki məktəbəhazırlıq qruplarına elektron sistemdə ərizələrin onlayn qeydiyyatına başlanılacaq.
XəzərNews.az Trend-ə istinadən məlumatına görə, bunu BŞTİ-nin sektor müdiri İlhamə Abdullayeva deyib.
Onun sözlərinə görə, elektron qeydiyyat sentyabrın 18-dək həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın sonunadək həyata keçiriləcək.
İ.Abdullayeva deyib ki, məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayıb və mayın 31-də başa çatacaq. Qruplarda həftədə 4 dəfə olmaqla “Ətraf aləmlə tanışlıq”, ”Savad təliminə hazırlıq və nitq inkişafı”, ”Bədii təfəkkürün inkişafı”, ”Məntiqi və riyazi təfəkkürün inkişafı”, ”Təsviri fəaliyyət”, ”Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris ediləcək.
İ.Abdullayeva deyib ki, məktəbəhazırlıq qruplarında təhsil alanlar üçün ev tapşırıqları nəzərdə tutulmur.
Sektor müdiri əlavə edib ki, 2017-2018-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 266 ümumi təhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək.
İ.Abdullayeva bildirib ki, bəzi məktəbəhazırlıq qruplarının yaradılmaması həmin məktəblərdə I sinfə qəbulun aparılmayacağı demək deyil.

Xəbər 1321 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +