Rusiya və Ukrayna danışıqları nə zaman başlayır?
Türkiyəli aktyor sevgilisini döydüyü üçün həbs edilib
Şavkat Mirziyoyev Azərbaycana səfərə hazırlaşır
Prezident özbəkistanlı naziri qəbul etdi
Səfirliklərimiz fəaliyyətini davam etdirir - XİN
İraqda yerli əhali İrana dəstək aksiyası keçirirlər
Tramp “güc tətbiq etməkdən qorxmayan“ sülhməramlıdır
Xamneyi öldürülərsə... - Rusiyanın reaksiyası nə olacaq?
FHN “Bal Badem”in fəaliyyətini dayandırdı
Masallıda VIII sinif şagirdi itkin düşüb


13.10.2023  09:32 

Ərdoğan Qəzzanın bombalanmasını qətliamla müqayisə etdi





A+  A-

Qəzzada törədilən qırğına heç bir bəraət qazandırmaq olmaz.

Xəzərnews.az xəbər verir ki, bu barədə açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Gənclik Fondunun toplantısında çıxışı zamanı deyib.

O, ABŞ-ın bu məsələdə mövqeyini tənqid edərək, bütün dünya ölkələrini sülhə nail olmaq üçün səy göstərməyə çağırıb:

“Amerika kimi bir ölkə üçün nə daha uyğun olardı? Sülh bərqərar etməyə çalışır, yoxsa odun üstünə benzin qatır? Qəzzada su, çörək, yemək yoxdur. Bu, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə ziddir. Qərb haradadır? İndiyə qədər hansı tədbirləri görüblər? Heç biri!”.

Ərdoğan Qəzzanın bombalanmasını qətliamla müqayisə edib.

Onun sözlərinə görə, dövlətlər qanunlara əməl etməyə və buna görə məsuliyyət daşımağa borcludurlar:

“Fraksiyalardan fərqli olaraq, dövlətlər müharibə qanunlarına və insan hüquqlarına hörmət etməyə borcludurlar. Bu xəttin getdikcə aradan qalxdığını görürük. Biz münaqişələrin bölgəmizə yayılmasını istəmirik. Bölgədə səsi və nüfuzu olanları gərginliyi azaltmağa, kimisə kor-koranə dəstəkləməməyə çağırırıq”.

Xəbər 2553 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +