İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


11.09.2021  17:05 

Separatçılara dəstək verən İran şirkətləri ilə bağlı TƏLƏB





A+  A-

İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat yayılıb.
Yerli KİV-də yer alan xəbərə görə, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 nəqliyyat vasitəsi ( 4 yük maşını, 31 yanacaq tankeri) 70 dəfə Laçın dəhlizinə keçib. Belə ki, 11 avqust tarixindən 10 sentyabradək xüsusən yanacaq və sürtkü yağları ilə dolu 58 yük maşını müxtəlif məqsədlər üçün Xankəndiyə daxil olub. Onlardan 55-i geri qayıdıb.

İranlılar diqqət çəkməmək üçün hiyləyə əl atmaqdan da çəkinməyiblər. Məlum olub ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasına yaxınlaşanda, Xankəndinə gedən İrana məxsus yük maşınlarının dəqiq sayını gizlətmək üçün onlara erməni qeydiyyat nömrələri vurulub.

XəzərNews.az-ın məlumatına görə, məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu Modern.az-a açıqlamasında deyib ki, İrana verilən etiraz notalarının faydası yoxdur, müəmmalı yüklər ərazimizə qanunsuz daşınmaqda davam edir:

“Tehran bizi saymırsa, daha kəsərli addımlara ehtiyac var, Qafan-Gorus yolu yenidən nəzarətə götürülməlidir”.

Bundan əlavə, politoloq təklif edib ki, rəsmi Bakı tərəfindən İranla ortaq layihələrin yenidən nəzərdən keçiriləcəyi bəyan edilməli, erməni separatçılarına yük daşıyan şirkətlər və onların rəhbərləri müəyyənləşdirilərək Azərbaycana girişləri qadağan olunmalıdır.

Xəbər 4654 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +