Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani
“Madam Ruxa”da müştərinin alnını yandırdılar
Rusiya və Ukrayna danışıqları nə zaman başlayır?
Türkiyəli aktyor sevgilisini döydüyü üçün həbs edilib
Şavkat Mirziyoyev Azərbaycana səfərə hazırlaşır
Prezident özbəkistanlı naziri qəbul etdi


22.10.2020  09:03 

“Bakıdan dəvət gələrsə, Türkiyə tərəddüd etməz” - Fuad Oktay





A+  A-

Əgər Bakı istəyərsə, Türkiyə tərəddüd etmədən Azərbaycana qoşun göndərəcək və hərbi dəstək verəcək.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay “CNN Türk” telekanalına müsahibəsində bildirib.

“Prezidentimiz (Rəcəb Tayyib Ərdoğan -red.) bunu ilk gündən açıq şəkildə bəyan etdi. Azərbaycanla Türkiyə arasında hərbi sazişlər var, hərbi əməkdaşlıq haqqında sazişlər var. Əgər Ermənistan tərəfindən hadisələrin gözlənilməyən inkişafı baş verərsə və belə bir dəvət gələrsə, Türkiyə tərəddüd etməz, Prezidentimiz heç tərəddüd etməz”, - Oktay deyib.

Bununla yanaşı, o qeyd edib ki, hazırda belə müraciətlər daxil olmayıb.

Oktay, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edib.

Onun sözlərinə görə, Minsk qrupu məsələni həll olunmamış saxlamağa çalışır və Ermənistanı həm siyasi, həm də hərbi cəhətdən dəstəkləyir.



Xəbər 3562 dəfə oxunub.




20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +