Rusiya və Ukrayna danışıqları nə zaman başlayır?
Türkiyəli aktyor sevgilisini döydüyü üçün həbs edilib
Şavkat Mirziyoyev Azərbaycana səfərə hazırlaşır
Prezident özbəkistanlı naziri qəbul etdi
Səfirliklərimiz fəaliyyətini davam etdirir - XİN
İraqda yerli əhali İrana dəstək aksiyası keçirirlər
Tramp “güc tətbiq etməkdən qorxmayan“ sülhməramlıdır
Xamneyi öldürülərsə... - Rusiyanın reaksiyası nə olacaq?
FHN “Bal Badem”in fəaliyyətini dayandırdı
Masallıda VIII sinif şagirdi itkin düşüb


13.03.2019  09:54 

Saakaşvili Ukraynaya qayıdacaq





A+  A-

Gürcüstanın eks-prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmaq qərarına gəlib.
XəzərNews.az xəbər verir ki, hazırda Hollandiyada yaşayan Saakaşvili aprelin 1-də Kiyevə gedəcəyini bəyan edib.

Bu barədə jurnalist Dmitri Qordona müsahibə verən qubernator bildirib ki, artıq həmin tarixə biletini də alıb:

“Aprelin 1-də “Borispol”da enməyi düşünürəm. Əminəm ki, Poroşenko seçkilərin ikinci turuna keçə bilməyəcək. Və bundan daha çox əmin olduğum odur ki, turu keçməyən şəxsin əmrini-məni Ukraynaya buraxmamağı heç bir sərhədçi yerinə yetirməyəcək”.

Qeyd edək ki, M.Saakaşvili 2018-ci il fevralın 12-də Ukraynadan Polşaya deportasiya edilmişdi. O, daha sonra Hollandiyaya köçərək orada yaşamağa başlayıb.

Xəbər 2840 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +