İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


13.06.2018  11:07 

Gürcüstan vətəndaşı Azərbaycana narkotika keçirərkən tutuldu





A+  A-

İrandan Azərbaycana qaçaq yolla külli miqdarda narkotik maddə keçirən şəxs saxlanılıb.
XəzərNews.az xəbər verir ki, Gürcüstan vətəndaşı olan Almaz Rzayev qanuni yolla Türkiyədən İrana keçərək orada Xatəm adlı şəxslə cinayət əlaqəsinə girib və külli miqdarda narkotik maddəni həmin şəxsin bələdçiliyi ilə Azərbaycan ərazisinə keçirərkən Biləsuvar rayon Səmədabad kəndində dövlət sərhədi yaxınlığında saxlanılıb.
Saxlanılarkən onun üzərindəki idman çantasından 8 kq-dan çox narkotik maddə olan Tiryək və 300 qrama yaxın heroin aşkar edilərək götürülüb. Almaz Rzayev polisə verdiyi ilkin ifadə zamanı bildirib ki, üzərindəki narkotiki ona İrandan qaçaq yolla Azərbaycana keçirmək tapşırılıb. Bunun müqabilində isə ona müəyyən məbləğdə pul ödəniləcəyi vəd edilib. Hazırda faktla bağlı Cinayət işi başlanıb, istintaq gedir.



Xəbər 3236 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +