Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani
“Madam Ruxa”da müştərinin alnını yandırdılar
Rusiya və Ukrayna danışıqları nə zaman başlayır?
Türkiyəli aktyor sevgilisini döydüyü üçün həbs edilib


15.07.2017  11:43 

Dövlət İmtahan Mərkəzi ilə bağlı dəyişiklik





A+  A-

Azərbaycan prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişikliklər edilib.
XəzərNews.az-a DİM-dən daxil olan məlumata görə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 741-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2017-ci il tarixli Fərmanına əsasən “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişikliklər edilmişdir. Dəyişikliklərdən sonra DİM ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələri ilə yanaşı “bakalavriat səviyyəsində hazırlıq qruplarına” da , mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirəcək. DİM eyni zamanda bakalavriat səviyyəsində hazırlıq qruplarına keçid ballarını müəyyən edəcək (Təhsil Nazirliyi ilə razılaşdırmaqla) və həmin qruplarda tədrisin sonunda buraxılış imtahanlarını keçirəcək.

Nizamnaməyə edilmiş dəyişikliklər aşağıdakılardır:

1. 1.1-ci yarımbənddə “ali və orta ixtisas təhsili müəssisələrinə” sözlərindən sonra “, bakalavriat səviyyəsində hazırlıq qruplarına” sözləri əlavə edilsin;
2. 2.1.2-ci yarımbənddə “səviyyələrinə,” sözündən sonra “bakalavriat səviyyəsində hazırlıq qruplarına,” sözləri əlavə edilsin;
3. 2.1.3-cü yarımbənddə “keçid ballarını,” sözlərindən sonra “bakalavriat səviyyəsində hazırlıq qruplarına keçid ballarını,” sözləri əlavə edilsin;
4. aşağıdakı məzmunda 2.1.3-1-ci yarımbənd əlavə edilsin:
“2.1.3-1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda buraxılış imtahanlarını keçirir;”;
5. 3.1.10-cu yarımbənddə “keçirmək” sözündən sonra “, ödənişli elektron xidmətlər göstərmək” sözləri əlavə edilsin;
6. aşağıdakı məzmunda 3.1.10-1-ci yarımbənd əlavə edilsin:

“3.1.10-1. təsərrüfat cəmiyyətləri yaratmaq;”.
Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi ilə buradan tanış olar bilərsiniz.

Xəbər 3121 dəfə oxunub.




20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +