Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


10.04.2017  09:46 

Baş redaktor ölümcül hala salındı





A+  A-

"Regionun səsi" qəzetinin baş redaktoru Ağasəf Həsənov ölümcül döyülüb. Hadisə bu gün Cəlilabad rayonundakı yeməkxanalardan birində baş verib. Başında ağır xəsarət alan A.Həsənov qan içərisində xəstəxanaya yerləşdirilib.
A.Həsənov iddia edir ki, onu rayon polis şöbəsinin istintaq bölməsinin rəisi Eldar Məmmədov döyüb. Lakin polis onun iddasını təsdiq etməyib.

XəzərNews.az
xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin rəis müavini Eldar Səfərov criminal.az saytına açıqlamasında bildirib ki, A.Həsənovu Rizvan Məmmədov adlı şəxs yaralayıb. O, kafedə butulkanı A.Həsənovun başına vurub. Şöbə rəisinin sözlərinə görə, E.Məmmədov hadisə vaxtı orada olmayıb.

Saytın əldə etdiyi xəbərə görə, hadisədən əvvəl R.Məmmədov, A.Həsənov və E.Məmmədov hadisə baş verən kafedə görüşüblər. Sonradan isə E.Məmmədov kafeni tərk edib. Bundan sonra A.Həsənov bölmə rəisinin ünvanına xoşagəlməz sözlər işlədib. Bu zaman R.Məmmədov butulkanı götürərək A.Həsənovun başına zərbə endirib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Məlumat üçün bildirək ki, ``Regionun səsi`` qəzeti Mətbuat Şurasının ``reket nəşrlər`` üçün tərtib etdiyi ``qara siyahı``ya salınıb.

Xəbər 1948 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +