Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


04.06.2025  11:05 

Heydərov Mehdiyevin qohumunu işdən çıxardı





A+  A-

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin Maddi Texniki Təchizat üzrə rəis müavini, daxili xidmət polkovniki Elvin Xanlar oğlu Mehdiyev işdən çıxarılıb.

XəzərNews.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Elvin Mehdiyev vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

Qeyd edək ki, Elvin Mehdiyev ötən ilin iyul ayında Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Bakı Regional Mərkəzinin Maddi Texniki Təchizat üzrə rəis müavini təyin olunub. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qohumudur. Ramiz Mehdiyevin oğlu general-mayor Teymur Mehdiyev isə fövqəladə hallar nazirinin müavinidir.

Xatırladaq ki, bu ilin mart ayında müəmmalı səbəblərdən FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov vəzifəsindən kənarlaşdırılıb, bir neçə gün əvvəl 4 aylıq sərəncama götürülüb. Gəncə Regional Mərkəzin rəisi polkovnik Elnur Məhərrəmov vəzifəsindən azad edilərək, Bakı Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.

Xəbər 241 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +