Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


22.04.2017  16:02 

Ağacları abadlıq adı ilə kəsən qurum cərimələndi





A+  A-

Bakı şəhərinin daha bir ərazisində kütləvi şəkildə ağac kəsilməsi faktı qeydə alınıb.
XəzərNews.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Nəsimi rayonu, IV mikrorayon, Mirmahmud Kazımovski küçəsində baş verib.

Belə ki, çoxlu sayda ağac qırılaraq ekskavator vasitəsilə kökündən çıxarılıb. Həmin ərazidə yaşayan sakinlər ağacların kəsilməsi ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) Mənzil-Kommunal Təsərrüfatı Birliyinə narazılıqlarını bildiriblər. Birlikdən sakinlərə ərazidə yeni park salınacağı ilə bağlı məlumat verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhər Ekologiya İdarəsinin müfəttişi Ruslan Bayramov "Report”a deyib ki, hadisə aprelin 19-da baş verib. O bildirib ki, Nəsimi RİH-in Mənzil-Kommunal Təsərrüfatı Birliyi həmin ərazidə ağacların abadlaşdırılması üçün nazirliyin ekpertiza idarəsinə müracət edib: “Bununla bağlı biz tərəfdən onlara müsbət rəy verilib. Ağac kəsilməsi ilə bağlı isə birliyə heç bir rəy verilməyib. Bundan sonra həmin ərazidə ağac kəsilməsi faktı olduğuna görə tərəfimizdən araşdırılma aparılıb və qanuna uyğun müvafiq tədbirlər görülüb”.

.Bayramovun sözlərinə görə, Nəsimi RİH-in Mənzil-Kommunal Təsərrüfatı Birliyi cərimələnib: “Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik”.

Xəbər 1764 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +