Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


21.02.2024  01:55 

Rusiyalı bloger Bakıya səfər edib -FOTOLAR





A+  A-

Rusiyalı səyahət-blogeri Yelena Şatalova Bakıya səfər edib.

Xəzərnews.az xəbər verir ki, bloger Azərbaycanla bağlı təəssüratları haqda şəxsi vloqunda yazıb. Yelena bildirib ki, uzun müddədtdir MDB ölkələrinə səfər etmək istəyir və bunu indi gerçəkləşdirib:

"Əfsanəvi Bakını görmək, yerli mədəniyyət və həyat tərzi ilə tanış olmaq üçün Azərbaycana uçdum. Səyahət kifayət qədər qısa oldu, amma çoxlu insanlarla ünsiyyət qura bildim. Həm də ona görə ki, ilk bir neçə saat ərzində şəhəri gəzərkən, sahilin və Xəzərin gözəlliyindən həzz alarkən müxtəlif yaşlı insanlar üç dəfə yanıma gəlib haradan olduğumu soruşdular.

Bakı ətrafında bir az gəzdikdən və yerli sakinlərlə söhbət etdikdən sonra başa düşdüm ki, biz rusları Azərbaycanda sevirlər və Rusiyaya çox yaxşı yanaşırlar. Onları dost, yoldaş hesab edirlər, məncə, bu doğrudur. Rusiyada bir çox azərbaycanlının qohumları yaşayır, ona görə də yerli sakinlər bizim haqqımızda səmimi danışır və çalışırlar ki, öz qonaqpərvərliyini nümayiş etdirsinlər. Onlar çalışırlar ki, hər bir ziyarətçi özünü evdəki kimi hiss etsin".

Yelena əlavə edib ki, Bakıda bir çoxları onun Ukraynadan gəldiyini zənn edib:

"Səfərimin sonuna yaxın başa düşdüm ki, çoxlu sual vermək və başqa bir insanla maraqlanmaq azərbaycanlılar arasında belə bir vərdişdir. Eyni zamanda onlar yardım etməyi sevirlər. Azərbaycanda inanılmaz dərəcədə sadə, mehriban insanlar var ki, onlar həmsöhbəti haqqında hər şeyi öyrənməyə səmimi maraq göstərirlər.

Onların başqa bir maraqlı mədəni xüsusiyyəti var - bir-birinə kömək etmək üçün birləşmə. Yəni onlar üçün məni təşvişə salan davranış, sadəcə olaraq, normaldır, hər şey qaydasındadır".//Axşam.az









Xəbər 1065 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +