Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


09.03.2023  16:56 

RAMİZ RZAYEVİ KİM ƏVƏZLƏYƏCƏK? - Adlar





A+  A-

Fevralın 25-də 70 yaşı tamam olan Ali Məhkəmənin sədri Ramiz Rzayev postundan getdiyini açıqlayıb. Kollektivlə keçirilən vida görüşündə o, vəzifədə olduğu 18 ildə dövlətçiliyə sədaqətlə xidmət etdiyini bildirib.

R.Rzayev gedişindən sonra Ali Məhkəmənin yeni sədrinin kim olacağı barədə diskusiyalar başlayıb. Ekspertlər media və sosial şəbəkələrdə bir neçə yüksək vəzifəli şəxsin yeni sədr olacağı barədə versiyalar səsləndiriblər.

XəzərNews.az xəbər verir ki, hüquq cameəsinə yaxın mənbələrdən “AzPolitika.info”-ya verilən məlumatda onların arasında Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Milli Məclisin Birinci vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və hazırda Ali Məhkəmənin sədri səlahiyyətlərini icra edən, sədrin müavini Çingiz Əsgərovun şansları daha yüksək dəyərləndirilir.

Xüsusən də Ramiz Rzayevin sələfi olmağa ən real namizəd Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikası Nümayəndəliyinin rəhbəri Ç.Əsgərovun adı çəkilir. O, son illərdə sədrin müavini kimi etimad qazanıb və məhkəmə sisteminin idarəetmə prinsiplərinə yaxından bələddir.

Məlumata görə yaxın günlərdə Ədliyyə Nazirliyində də kadr islahatlarının aparılacağı gözlənilir. Bu çərçivədə yüksək vəzifəli şəxslərin, o cümlədən nazir müavini Azər Cəfərovun istefaya göndəriləcəyi bildirilir.

Xatırladaq ki, II dərəcəli dövlət ədliyyə müşaviri, 69 yaşlı A.Cəfərov 2012-ci ilin iyul ayında Ədliyyə nazirinin müavini təyin edilib.

Mənbə bildirib ki, ədliyyə sistemində gənc kadrların irəli çəkiləcəkləri gözlənilir.

Xəbər 1274 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +