13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


20.02.2017  11:30 

Qarabağdakı “referendum”a YAP-dan REAKSİYA





A+  A-

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı separatçı qurumda "konstitusiya islahatları” adı altında saxta referendum keçirməyi planlaşdırır. Rusiya, Fransa, Türkiyə, Ukrayna və Gürcüstan, İran, Avropa Birliyi işğalçının təhrikedici, sülhü daha əlçatmaz edən addımı ilə bağlı aydın mövqe ortaya qoyub, ölkəmizin ərazi bütövlüyünü dəstəklədiklərini, "DQR” adında "müstəqil” qurumu tanımadıqlarını bəyan ediblər. Eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri adından çıxış edən Fransa nümayəndəsi məsələnin həmsədr ölkələrin narahatlığına səbəb olduğunu bildirib.
XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı BakiPost.az-a açıqlama verən Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib ki, Ermənistanın təşkil etdiyi bu tip oyunların hamısı uğursuz olub: "Ermənistanın özü apardığı oyunun əsirinə çevrilib. Aprelin 2-də olacaq parlament seçkiləri ərəfəsində bu çaşqınlıq, gərginlik, çıxılmazlıq həmin seçki ərəfəsində də özünü kifayət qədər açıq göstərir.

Erməni ictimai fikrində həmişə başqa xalqların torpaqlarına iddia, mədəniyyətini mənimsəmə, dünya birliyini qoyduğu qaydaların əksinə getmək ideologiyası həmişə üstünlük təşkil edib. Bunun nəticəsidir ki, torpaqlarımız işğal olunub. Orada işğalçı rejim yaradıblar. Müxtəlif oyunlar təşkil ediblər. Amma bunların hamısı uğursuz olur.

SSRİ dağılan ərəfədə orada oyuncaq bir rejim yaratdılar. Üstündən artıq 30 ilə qədər vaxt keçib. Həmin rejimi özləri belə tanımayıb. Vaxtaşırı xaricdə işğal olunmuş torpaqlarla bağlı müəyyən provokasiyalara əl atırlar. Hamısı da uğursuz olub, əksinə Ermənistanın əleyhinə işləyir”.

Deputat qeyd edib ki, bu oyunları təşkil eləməklə Ermənistan bu məsələni yeni bir brend altında ictimai fikrə, beynəlxalq ictmaiyyətə sırımağa çalışır: "Amma göründüyü kimi heç o oyunbazlıq baş tutmamış beynəlxalq ictimaiyyət tərəfindən onlara kəskin reaksiya gəldi. Onu uşaq əyləncəsindən başqa heç nə adlandırmaq olmaz. Onun hüquqi nəticəsi yoxdur. O, beynəlxalq ictimaiyyəti aldada bilməz. Hər hansı bir formada problemin həllində əsas faktor ola bilməz. Problemin kökündə Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal faktoru durur. Ermənistan öz qoşunlarını oradan çıxartmayana kimi Dağlıq Qarabağ probleminin həlli yoxdur”.


Xəbər 9475 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +