Hakan Fidandan Rusiya və Ukrayna açıqlaması
Mərkəzi Bank sabiq deputatın qızından kəlağayı alacaq
Tələbə qıza təcavüz edən 27 ildən sonra tapılıb
Təhsil real sektordan geridə qalır - Rektordan ETİRAF
Şöbə müdiri vəzifəsindən ayrıldı
Fondun icraçı direktoru təyin edildi - Sərəncam
143 milyonluq yeyinti... - Generalın cəzası azaldıldı
Qazinin vəsatəti təmin edilmədi, həbsdə qaldı
“Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb
Əhməd əl-Şaraanın maraqlı fotosu yayıldı


10.05.2017  12:03 

Azərbaycanda çıxarılan qazın həcmi açıqlandı





A+  A-

2017-ci ilin birinci rübündə Azəri-Çıraq-Günəşli (AÇG) layihəsinə təqribən 111 milyon dollar əməliyyat məsrəfləri və 304 milyon dollar əsaslı məsrəf xərclənib.
"BP-Azerbaijan" şirkətindən XəzərNews.az-a verilən məlumata görə, rüb ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Birinci üç ay ərzində AÇG-dən ümumi hasilat – Çıraq (55 000), Mərkəzi Azəri (124 000), Qərbi Azəri (112 000), Şərqi Azəri (75 000), Dərinsulu Günəşli (121 000) və Qərbi Çıraq (94 000) platformalarından birlikdə – gündə orta hesabla 581 000 barel və ya ümumilikdə 52 milyon bareldən artıq, yəni 7,1 milyon tondan artıq təşkil edib.

Rübün sonunda AÇG-də ümumilikdə 107 neft hasilat quyusu və 48 qaz və su injektor quyusu istismarda olub. Birinci üç ay ərzində AÇG-də 5 neft hasilat quyusu, 2 suvurma quyusu qazılıb.

2017-cı ilin birinci rübündə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 12,1 milyon kubmetr, ümumilkdə isə 1,1 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Birinci rübdə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir.

Rüb ərzində terminal 69 milyon bareldən artıq neft və kondensat, o cümlədən 60,5 milyon bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 7,5 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1,1 milyon barel ayrıca kondensat ixrac kəməri vasitəsilə, ixrac edib.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Rəsmi məlumata görə, rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 26,5 milyon standart kub metr (936 milyard standart kubfut) Şahdəniz qazı ixrac edilib.

Xəbər 2064 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma

14.05.2025  12:36 

Sabah gündüz 21° isti olacaq

14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +