Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


17.02.2025  17:27 

Keyt Kelloq Ukraynaya gedir





A+  A-

ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq fevralın 20-də danışıqlar üçün Ukraynaya gələcək.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Birləşmiş Ərəb Əmirliklərindən onlayn brifinq zamanı bildirib.

"Biz Kelloqu gözləyirik, onun fevralın 20-də gələcəyi ilə bağlı razılığımız var idi. Düşünürəm ki, iki gün, bəlkə də daha çox olacaq. O, cəbhəyə gedəcək, mən də onunla gedəcəm ... İstəyirəm ki, o, bütün sualları və detalları öyrənsin", - dövlət başçısı bildirib.

Zelenskinin sözlərinə görə, Ağ Ev nümayəndəsi təkcə diplomatlarla danışıqlar aparmayacaq, həm də hərbçilərlə, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski ilə də əlaqə saxlayacaq, Müdafiə Nazirliyinin və hərbi kəşfiyyatın rəhbərliyi ilə də görüşlər nəzərdə tutulub.

"Onunla təhlükəsizlik zəmanətləri ilə bağlı geniş söhbətimiz olacaq... Onun hər şeyi başa düşməsi, bütün bunları Ağ Evə aparması vacibdir. Düşünürəm ki, ABŞ-a qayıtdıqdan sonra prezidenti Donald Trampla nə vaxt görüşəcəyimi biləcəyik", - Zelenski yekunlaşdırıb.

Bu gün məlum olub ki, Kelloqun Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşü təxirə salınıb - onların danışıqları bir gün sonra, fevralın 18-də baş tutacaq. Bu barədə Avropa Komissiyasının nümayəndəsi Stefan de Keersmaher məlumat verib, "Avropa Pravda" yazır .

Xəbər 1126 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +