Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


05.04.2023  23:48 

“Top İrəvanın tərəfindədir” - Zaxarova





A+  A-

KTMT sülhməramlılarının Ermənistanda mümkün yerləşdirilməsinin vaxtı erməni tərəfdən asılıdır.

XəzərNews.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı KTMT missiyasının Ermənistana göndərilməsinin mümkünlüyünə toxunaraq bildirib.

O qeyd edib ki, “top İrəvanın tərəfindədir”.

“Biz Ermənistanın KTMT sülhməramlılarını qəbul etməkdə maraqlı olmasından məmnunuq və əminik ki, bu addım regionda vəziyyətin sabitləşməsinə kömək edəcək.
Həm Rusiya, həm də digər müttəfiqlər buna hazırdır, belə qərarlar KTMT-də ən yüksək səviyyədə razılaşdırılır və təsdiqlənir” - deyə Zaxarova əlavə edib.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 20-də rusiyalı həmkarı ilə Moskvada keçirdiyi birgə mətbuat konfransında qeyd edib ki, KTMT missiyasının göndərilməsi ilə bağlı qərar layihəsi müzakirə olunur və layihə üzərində iş davam edir.

“Burada bizim üçün əsas olan, sizə xatırladıram ki, dolayı yolla, lakin bizim təəssüratımıza görə, KTMT, sanki, özü KTMT-nin aydın məsuliyyət zonasını tanımırdı. Fikrimizcə, bu bir qədər problemli idi. Amma bir daha deyirəm, qərar layihəsi masa üzərindədir, iş davam edir”, - Mirzoyan bildirib.

Xəbər 1025 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +