16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı
“BMW” idarəetməni itirərək hasara çırpıldı - Video
Azərbaycanda qızılca xəstəliyi ilə bağlı... - Açıqlama


28.03.2023  17:00 

Rusiya ilə bağlı daha bir xüsusi tribunal yaradılır





A+  A-

ABŞ Dövlət Departamenti Rusiyanın Ukraynaya qarşı hərbi cinayətlərini araşdırmaq üçün xüsusi tribunalın yaradılmasını təsdiqləyib.

XəzərNews.az Amerikanın Səsinə istinadən xəbər verir ki, bu barədə martın 27-də ABŞ Dövlət Departamentinin Qlobal Cinayət Ədliyyəsi səfiri Bet Van Skaak bildirib.

Vaşinqtonda Amerika Katolik Universitetində keçirilən konfransda o, "tarixin bu kritik anında" ABŞ-ın belə bir beynəlxalq ədalət orqanının yaradılmasını dəstəkləməyə hazır olduğunu söyləyib.

"Bir çox fərqli modellər nəzərdən keçirildi. Birləşmiş Ştatlar hər birinin müsbət və mənfi tərəflərini təfərrüatlı şəkildə ölçüb-biçdi və belə nəticəyə gəldi ki, təcavüz cinayətlərinə görə məsuliyyəti təmin etməyin ən təsirli yolu Ukrayna məhkəmə sistemi daxilində beynəlmiləlləşdirilmiş məhkəmə yaratmaqdır" - Dövlət Departamentinin sözçüsü bildirib.

Van Skaak hesab edir ki, belə bir qurum beynəlxalq cinayətlər və beynəlxalq əməkdaşların cəlb edilməsi, ola bilsin ki, peşəkarların, hakimlərin, prokurorların, müstəntiqlərin, vəkillərin inteqrasiyası və ya Ukraynanın tələbi ilə ekspert yardımının göstərilməsi ilə bağlı əsaslı yurisdiksiyaya malik olacaq.

Xəbər 1120 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +