Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı
“BMW” idarəetməni itirərək hasara çırpıldı - Video


20.08.2021  14:49 

Gürcüstanda yoluxmada günlük ölüm sayı 60-a çatır





A+  A-

Azərbaycan kimi qonşu ölkələr də hazırda koronavirus pandemiyası ilə mübarizəni davam etdirir. Lakin bütün bu səylərə baxmayaraq, regionda COVID-19-a yoluxma halları artır.
XəzərNews.az xəbər verir ki, ötən sutka ərzində Gürcüstanda 4743 yeni yoluxma halı qeydə alınıb. 59 nəfər isə dünyasını dəyişib. Bununla yanaşı, son sutka ərzində qonşu ölkədə 3393 nəfər koronavirusdan sağalıb.

Ümumilikdə pandemiya dövründə Gürcüstanda 506 040 yoluxma halı aşkar olunub. Həmçinin, pandemiya dövründə bu ölkədə ümumi olaraq 6649 nəfər dünyasını dəyişib, 440 370 nəfər sağalıb.

Rusiyada isə son sutka ərzində 20 992 yeni yoluxma aşkarlanıb və ümumilikdə pandemiya dövründə bu ölkədə yoluxanların sayı 6 705 523 nəfər təşkil edib. Bununla yanaşı, ötən sutka ərzində Rusiyada 785 nəfər COVID-19 səbəbindən vəfat edib. Pandemiya dövründə isə ölkədə ümumi 174 485 nəfər virusdan dünyasını dəyişib.

Rusiyada son 24 saat ərzində 20 351 nəfər sağalıb və ümumilikdə virusdan sağalanların sayı 5 983 405 nəfərə çatıb.

Ermənistanda da vəziyyət digər ölkələrdən geri qalmır. Belə ki, ötən sutka ərzində bu ölkədə 508 yeni yoluxma halı aşkar olunub və pandemiya dövründə ümumi yoluxanların sayı 236 742 nəfərə çatıb.

Bununla yanaşı, bir sutka ərzində Ermənistanda 5 nəfər koronavirusdan dünyasını dəyişib. Ümumilikdə isə bu ölkədə 4732 nəfər pandemiya dövründə virusdan ölüb. Həmçinin, Ermənistanda 223 736 nəfər ümumi olaraq koronavirusdan sağalıb. 7131 nəfərin isə hazırda müalicəsi davam edir.

Xəbər 2277 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +