Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


18.08.2021  09:03 

Britaniya Əfqanıstandan 20 min qaçqın qəbul edəcək





A+  A-

Böyük Britaniya hökuməti krallığa Əfqanıstandan 20 min qaçqının köçürülməsini nəzərdə tutan proqramı razılaşdırıb.
XəzərNews.az xəbər verir ki, bu barədə ölkənin DİN başçısı Priti Patel “Daily Telegraph” saytında dərc olunmuş müəllif məqaləsində bildirib. O, həmçinin Aİ və digər ölkələri Britaniya nümunəsinə əməl etməyə çağırıb.

“Əfqanıstan vətəndaşlarının köçürülməsinə dair yeni proqramımız bizə Əfqanıstandan qaçmağa məcbur olan 20 minə qədər insanı qəbul etməyə imkan verəcək. İlk 5 min nəfər il ərzində gələcək”, - nazir yazıb.

Patel vurğulayıb ki, Böyük Britaniya təkbaşına hərəkət edə bilmir və digər Qərb dövlətləri ilə radikal “Taliban” hərəkatının hakimiyyətə qayıdışından sonra Əfqanıstan əhalisinə yardım etmək zərurətini müzakirə edir.

O, bundan əvvəl Böyük Britaniyanın Suriyadan təxminən 20 min qaçqını qəbul etmək üçün oxşar proqram həyata keçirdiyini də xatırladıb.

“Birləşmiş Krallıq digər ölkələri kömək etməyə çağıraraq əlindən gələni edir. Biz başqaları üçün nümunə olmaq istəyirik, amma bunu tək edə bilmərik”, - Patel yazıb.

Nazir qeyd edib ki, Böyük Britaniya beynəlxalq qarşılıqlı əlaqəni təmin etmək üçün əhəmiyyətli səylər göstərir:

“Baş nazir (Böyük Britaniya Baş naziri Boris Conson –red.) Almaniya Kansleri, Fransa Prezidenti, NATO və BMT-nin baş katibləri də daxil olmaqla, tərəfdaşlarımızla söhbət edib. Mən, həmçinin “Five Eyes” kəşfiyyat alyansı üzrə tərəfdaşlarımızla (Avstraliya, Kanada, Yeni Zelandiya və ABŞ -red.) köçürülmə və miqrasiya məsələlərini müzakirə etmişəm.”

Xəbər 2051 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +