İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


12.03.2021  14:22 

“Rəsmi Bakı ilə İrəvan konstruktiv yanaşma nümayiş etdirir”





A+  A-

“Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin sədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində Bakı və İrəvan konstruktiv yanaşma nümayiş etdirir”.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən həftəlik brifinqdə bildirib.

Zaxarova üçtərəfli işçi qrupunun əsas vəzifəsinin bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların reallaşdırılması olduğunu xatırladıb.

“Biz ümid edirik ki, müsbətə və ortaq nöqtələrin axtarışına hədəflənmiş bu niyyət rəsmi şərhlərdə olduğu kimi Azərbaycan və Ermənistanın media məkanında da üstünlük təşkil edəcək”,- deyə Zaxarova qeyd edib.

Xatırladaq ki, yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın üçtərəfli danışıqlarından sonra üç ölkənin Baş nazir müavinlərinin rəhbərlik etdiyi işçi qrupunun yaradılacağı açıqlanmışdı.

Xəbər 1918 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +