Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


03.11.2020  11:19 

Merkeldən həyəcan təbili - “Bizi çətin 4 ay gözləyir”





A+  A-

“Bizi çətin dörd ay gözləyir. Tunelin ucundakı işığın görünməsi çox uzaqdadır”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel ölkədə sürətlə yayılan koronavirusla bağlı açıqlamasında deyib. O, 15 illik fəaliyyəti dövründə ilk dəfə hökumətin verdiyi qərarı ictimaiyyətə özü təqdim edib.

“Mövcud vəziyyət bizi həyəcanlandırır. Verilən bütün qərarlar vətəndaşlara təsir edir. Bəziləri anlayışla davranır, ancaq qərarlara şübhə ilə yanaşanlar da var. Narahatlığınızı anlayıram, amma başqa çarəmiz yoxdur. Koronavirusla mübarizədə noyabr ayında uğur qazanmalıyıq. Vətəndaşlarımızın yüzdə 30-u risk altındadır. Həmçinin bağlanan bütün şirkətlərə ümumi 10 milyard avro dəyərində yardım oluna bilər. Buna görə də iş adamlarından anlayışlı olmaları xahiş edilir. Kimsə gəlir itirdiyi üçün kədərlənməsin, dövlət yanında olacaq.

İctimai yerlərdə ən azı iki nəfər yaxın məsafədə ola bilər. Küçədə 10 nəfər bir arada ola bilər. İstirahətlər, görüşlər, ev ziyarətləri təxirə salınsın. Mədəni tədbirlər ləğv olunub, bu, bizi kədərləndirir. Yeni il şənliklərinə isə “stop” demişik. Biz maksimum dərəcədə təması azaltmalıyıq”- deyə Merkel vurğulayıb.



Xəbər 2114 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +