Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


27.03.2017  09:44 

Rusiyadakı aksiyaların NƏTİCƏSİ: 1500 nəfər saxlanıldı, cinayət işi açıldı





A+  A-

Moskva daxil olmaqla Rusiyanın bir çox şəhərlərində eyni vaxtda keçirilən anti-korrupsiya mitinqləri polis tərəfindən dağıdılıb.
XəzərNews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 82 şəhərində keçirilən aksiyalar zamanı 1500-dən artıq insan saxlanılıb. “Korrupsiya Əleyhinə Fond”un təşkil etdiyi aksiyaların ən izdihamlısı Moskvada və Sankt-Peterburqda baş tutub.

Moskvanın Puşkin meydanında və Tveskaya küçəsində baş tutan mitinqlərdə 30 min insanın iştirak etdiyi bildirilir. Saxlanılanlar arasında aksiyanın təşkilatçısı Aleksey Navalnı da var. Onun gecəni Moskvadakı polis şöbələrindən birində keçirəcəyi bildirilir. Bundan başqa, Korrupsiya Əleyhinə Fond-un bütün üzvləri də həbs olunanlar arasındadır. Ümumilikdə, Moskvada 860-dan çox insan saxlanılıb.

Sankt-Peterburqdakı aksiyaya isə 10 mindən artıq insanın qoşulduğu, onlardan 130 nəfərin həbs olunduğu xəbər verilir.

Paralel olaraq, Yekaterinbuq, Novosibirsk, Çelyabinsk, Perm və s. şəhərlərdə aksiyalar baş tutub. Maxaçqaladakı aksiyada 150, Krasnofdarda 100 və Vladivostokda isə 80 nəfərin saxlanıldığı bildirilir.

Aksiyalar baş nazir Dmitri Medvedevin qanunsuz mülkləri ilə bağlı rezonanslı araşdırmanın ardınca təşkil olunmuşdu.

Xəbər 1355 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +