Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


19.12.2020  19:54 

TƏBİB-dən ittihamlara cavab





A+  A-

Tibbi Ərazi Bölmələrinin İdarətemə Birliyi (TƏBİB) mətbuatda qurumun ünvanına səslənən ittihamlara cavab verib.
Qurumdan XəzərNews.az-a daxil olan açıqlamada bildirilir ki, TƏBİB əməkdaşları koronavirusla mübarizə çərçivəsində müayinə və müalicə ilə yanaşı, daim vətəndaşların maarifləndirilməsi üçün tədbirlər həyata keçirməkdədir:

“Əməkdaşlarımız, koronavirusun müalicəsində təcrübəyə malik həkimlərimiz mütəmadi olaraq həm yazılı, həm elektron mətbuatda, eləcə də radio və televiziyalarda çıxışlar edir, koronavirusun profilaktikası istiqamətində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən qaydalar, tətbiq edilən metodiki göstərişlərin tələblərini izah edirlər, gün ərzində yüzlərlə sorğu qəbul edir və bütün sualları növbəli şəkildə cavablandırmağa çalışırlar. Lakin bəzi hallarda media nümayəndələrinin qərəzli mövqeyi ilə də üzləşirik. Biz onların gərgin əməyinə dəyər verdiyimiz halda, onlar gecə-gündüz yorulmaq bilmədən fədakarlıq nümayiş etdirən həkimlərimizin işini kölgə altına salmağa cəhd göstərirlər. İddia olunur ki, ölkədə test problemi var, insanlar test oluna bilmir və özəl klinikalarda qiymətlər bahadır. Bir daha qeyd edirik ki, Azərbaycanda koronavirusu müəyyənləşdirən kifayət qədər test ehtiyatı var və hər gün dövlət hesabına ödənişsiz 20 minə yaxın test olunur. Sahə üzrə poliklinikalarda və təcili tibbi yardım vasitəsilə testlərin götürülməsi müvafiq olaraq Səhiyyə Nazirliyinin səlahiyyətindədir. Özəl xəstəxanalarda test götürülməsi təcrübəsi isə dünyada da mövcuddur və istənilən şəxs profilaktik olaraq test vermək üçün müraciət edə bilər. Özəl klinikalar və laboratoriyalara nəzarət və qiymət tənzimlənməsi isə ümumiyyətlə TƏBİB-in səlahiyyətində deyil”.

Qurumdan bildirilib ki, TƏBİB yalnız respublikadakı pandemiya xəstəxanalarında stasionar müalicə işinə cavabdehdir: “2020-ci ilin iyun ayının sonundan etibarən Bakı şəhəri üzrə 103 - təcili tibbi yardım xidməti və ambulator yardım xidməti müvəqqəti olaraq pandemiya dövründə iş bölgüsü əsasında Səhiyyə Nazirliyinin nəzarətindədir. Beləliklə, 103 xidməti və evdə müalicə ilə bağlı bütün suallarını aidiyyəti quruma ünvanlamaq olar. Brifinqləri TƏBİB yox, Nazirlər Kabineti yanında Operativ Qərargah təşkil edir. TƏBİB əməkdaşları həmin brifinqlərə dəvət olunur və müəyyən olunmuş mövzu ətrafında fikirlərini bölüşür, sualları cavablandırırlar. Sonuncu dəfə keçirilmiş və vaksinlərə həsr olunmuş brifinqdə terminlərdən istifadəyə gəlincə, qeyd edək ki, tibb elmi spesifik sahədir və burada terminlərdən istifadə etməmək mümkünsüzdür. Həmin brifinqdə hazırlanmış xüsusi slayd əsasında insanlara vaksinlərlə bağlı ümumi məlumat verilib və qeyd olunub ki, bu barədə növbəti brifinqlərdə daha ətraflı məlumat çatdırılacaq.

Xahiş edirik ki, bütün dünyanın üzləşdiyi bu çətin dövrdə “Biz Birlikdə Güclüyük” devizinə sadiq qalaraq həmrəy olmağı bacaraq. Qısa müddətə populyar olmaq üçün, dövlət maraqlarını şəxsi maraqlara qurban verməyək. Pandemiya yalnız səhiyyə qurumlarının məsələsi deyil, ümumilikdə dövlətin təhlükəsizliyinə qarşı ciddi təhdiddir. Əminik ki, ölkəmizin güclü iqtisadiyyatı və tibb işçilərinin peşəkarlığı sayəsində bu bəladan tezliklə xilas olacağıq! Bu mübarizədə bizimlə olan bütün qərəzsiz media nümayəndələrinə sonsuz təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk”.

Xəbər 2496 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +