1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan
Kimsəsiz qadın sığınacaqdan qovulub?
Ceyhun xanımını xilas edəndə boğulub - Faciə
Liderlər Budapeşt Bəyannaməsini imzalayıblar


24.04.2019  19:17 

“Azərbaycan Qran-prisi üçün bütün biletlər satılıb” - Nazir





A+  A-

"Formula 1" üzrə SOCAR Azərbaycan Qran-prisi üçün bütün tribuna biletləri satılıb.
XəzərNews.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə AzTV-yə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib. Nazir deyib ki, satışda qalan biletlər yarışı ayaqüstü izləməkdən ötrü olan yerlərədir: "Biz çox şadıq ki, digər illərə nisbətən biletlərin satışı yüksək səviyyədədir. Demək olar ki, bu günə bilet qalmayıb. Bütün tribunaların biletləri satılıb. Qalan biletlər ayaqüstü yerlərədir. Onlardan da gənc fəallara paylanılıb, hədiyyə kimi verilib. Bu yarış da onlar üçün daha maraqlıdır".

Rəhimov Qran-priyə tam hazır olduqlarını da vurğulayıb. O, bütün işlərin vaxtında görüldüyünü diqqətə çatdırıb: "Dünyanın ən möhtəşəm yarışlarından biri sayca 4-cü dəfə Bakıya gəlib. Deyə bilərik ki, bu gün Qran-priyə 100 faiz hazırıq. Tikinti və digər məsələlərlə bağlı işlər vaxtında həyata keçirilib. Şəhərimiz də Qran-priyə hazırdır. Sevinirik ki, dövlət tərəfindən yürüdülən mötəbər yarışların Azərbaycana gətirilməsi siyasəti özünü tam doğruldur. Ötən Qran-prini televiziya vasitəsilə izləyənlərin sayı 83 milyon nəfəri keçmişdi. Turistlərin də sayı xeyli artıb və maraq çox böyükdür. 2017-2018-ci illərdə Bakıdakı Qran-prilər ən maraqlı yarışlar sayılıb. Düşünürük ki, qarşıdakı Qran-pridə də azarkeşlərimizi maraqlı anlar gözləyir".

Nazir yeganə problem kimi məşhur müğənni Sem Smitin aprelin 27-də nəzərdə tutulan konsertinin baş tutmamasını qeyd edib: "Təəssüf ki, Smit xəstələndiyi üçün gələ bilməyəcək. Bu xəbəri aldıqdan sonra qısa müddətdə, praktiki olaraq iki gecə ərzində yeni müqavilə bağladıq. Dünyanın tanınmış müğənnisi Cessi Cey Bakıya təşrif buyuracaq. O, heç də Sem Smitdən aşağı səviyyəli müğənni deyil. Sevinirik ki, bizim idman və mədəniyyətsevərləri, belə bir bayramda müğənnisiz qoymadıq".

Rəhimovunsözlərinə görə, Azərbaycan Qran-prisi sayəsində gənclər işlə təmin olunub: "115 nəfərədək gənc ilboyu ofisdə çalışır. Yarışa iki ay qalmış isə 1000-ə yaxın gənc işə cəlb olunur. Sözsüz ki, bu, onlar üçün böyük təcrübədir. Subpodratçı kimi Bakının mindən artıq şirkətimüxtəlif işləri həyata keçirir. Nəticədə 10 mindən artıq insan işə cəlb olunur. Bu da iqtisadiyyat üçün böyük təkan, xeyir, şirkətlər üçün vacib məsələdir".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək.

Xəbər 1519 dəfə oxunub.




21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!

21.05.2025  12:04 

Ata öz qızını avtobusda döydü

21.05.2025  11:34 

14 kq narkotiklə tutuldular


BÜTÜN XƏBƏRLƏR +