Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


02.05.2025  18:16 

Ekspert imtahan dəyişikliklərini tənqid etdi





A+  A-

"Dövlət İmtahan Mərkəzi qaş düzəldən yerdə yenə vurub gözünü çıxarıb. Altqruplar üzrə tez-tez aparılan dəyişikliklər fənn məntiqinə zidd qurulub".

XəzərNews.az xəbər verir ki, belə bir açıqlama ilə təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli çıxış edib.

M.Məmmədli bildirib ki, abituriyentlərin çaşdırılması və motivasiya itkisi imtahan qabağı onları stresə soxur:

"Abituriyentlərin tədris planlarını pozur, hazırlaşdıqları istiqamətlərə uyğunluq itir. Psixoloji və emosional baxımdan təzyiq yaradır. Aparılan islahatlar məktəblərdə fənn tədrisinin strukturuna ziddir. Məktəblər fənləri inteqrasiya etməyə çalışsa da, DİM-in bəzi altqrup kombinasiyaları bu istiqamətdə uyğunsuzluq yaradır. Məsələn, məktəbdə riyaziyyat-fizika-kimya bloku üzrə profil qurulubsa, DİM bu blokda olmayan kombinasiya ilə çıxış edir".

Xəbər 3897 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +