Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


10.08.2024  12:25 

Sahibsiz itlərin əlindən cana gələn sakinlər: “Dərdimizi kimə deyək?“ -Video





A+  A-

Son dövrün ən aktual məsələlərindən biri də sahibsiz heyvanlarla mübarizədir. Sahibləri tərəfindən azdırılan, küçələrə atılan itlər, pişiklər və digər heyvanlar sahibsiz adı altında yaşamağa davam edirlər.

Ölkədə sahibsiz itlərin insanlara hücum etməsi ilə bağlı hadisələr tez-tez yaşanır. İnsanları narahat edən başlıca problem isə küçədə qarşılaşdıqları heyvanların quduzluq, ya da yoluxucu xəstəliklərin daşıyıcısı ola bilmə reallığıdır.

Xəzərnews.az xəbər verir ki, bu dəfə sahibsiz itlərdən redaksiyamıza şikayətçi olanlar Bakı şəhəri, 4-cü Mikrarayon MirCəlal küçəsinin sakinləridir.

Sakinlər sürü halında gəzən sahibsiz itlərin insanlara hücumlarından xeyli giley-güzar edirlər.

Deyirlər ki, son vaxtlar sözügedən ərazidə sahibsiz itlərin əlindən tərpənmək olmur:

"Sahibsiz itlər rahatlığımızı əlimizdən alıb. Bir baxan, maraqlanan da yoxdur. Övladlarımız üçün narahatıq. Onların əlindən nəinki gecə, heç gündüz də küçəyə çıxmaq olmur. Dərdimizi kimə deyək?".

Sakinlər mövcud problemlə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etsələr də sözügedən qurum tərəfindən məsələnin onların səlahiyyətində olmadığını bildirilib.

Məsələ ilə bağlı “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi ilə əlaqə saxlamağa çalışsaq da cavab ala bilmədik.

Xəzərnews.az sakinlərin qeydə aldığı videonu sizə təqdim edir.



İsmayıl
XəzərNews.az


Xəbər 8303 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +