“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


26.01.2024  08:14 

ABŞ-da məhbus azot qazı ilə edam olunacaq





A+  A-

ABŞ-nin Alabama ştatında ilk dəfə olaraq məhbus azot qazı ilə edam olunacaq.

Bu barədə Xəzərnews.az xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, azot qazı ilə öldürülməli olan məhbus Kennet Smit əvvəllər zəhərli inyeksiya ilə edamdan çətinliklə xilas olub.

Kennet Smit 1988-ci ildə muzdlu qatil kimi törətdiyi qətlə görə edam olunacaq. Məhkəmənin sənədlərində bildirilir ki, azot qazı ilə edam üsulu ilk dəfə Alabamada sınaqdan keçiriləcək. Lakin edam üsulunun necə tətbiq ediləcəyi ilə bağlı heç bir təfərrüat açıqlanmır.

Daha əvvəl ABŞ Ali Məhkəməsi Smitin vəkillərinin ölüm hökmünə etiraz etmək üçün ikinci dəfə göndərdiyi müraciətə mənfi cavab verib.

Qeyd edək ki, ABŞ-də daha əvvəl sınanmamış edam üsulunu tətbiq etmək istəyən Alabama ştatının müvafiq orqanlarının qərarı müzakirələrə səbəb olub.

Birləşmiş Millətlər Təşkilatının (BMT) ekspertləri bir neçə gün əvvəl Smitin qarşıdan gələn edamı ilə bağlı narahatlıqlarını ifadə edərək, bunun ABŞ-nin də qoşulduğu “BMT İşgəncələrə Qarşı Konvensiya”nın “cəzalarla bağlı” qaydalarına zidd olduğunu bildiriblər.//report


Xəbər 1388 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +