Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


28.02.2018  13:52 

Ermənilərin Avropa Parlamentindəki təbdiri dağıdıldı





A+  A-

Avropa fəaliyyət göstərən erməni diaspor təşkilatlarının Avropa Parlamentində keçirdiyi tədbir Belçikada yaşayan azərbaycanlı gənclərin fəallığı nəticəsində dayandırılıb.
XəzərNews.az bildirir ki, bu barədə məlumatı Modern.az-a jurnalist Elnur Eltürk verib.

Tədbirdə erməni millətçiləri və separatçı rejimin nümayəndələri ilə birgə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş Avropa Parlamentinin ermənipərəst deputatı Lars Adaktusson, daim çıxışlarında Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmağa çalışan S.Markedonov, Ermənistanın “Ay data” ofisinin rəhbəri və “Daşnaksütyun”un siyasi məsələlər üzrə “eksperti” Kiro Minoyan və digər bu kimi özlərini müstəqil “ekspert” adı ilə qələmə verənlər iştirak ediblər.

Tədbirə öz etirazını bildirən azərbaycanlı gənclər Qarabağın qanunsuz işğal olunduğunu,Sumqayıt hadisələrinin ermənilərin öz əlləri ilə həyata keçirildiyini, Xocalıda Ermənistan ordusu tərəfindən soyqırımı hadisəsinin gerçəkləşdirildiyini diqqətə çatdırıblar. Onlar beynəlxalq təşkilatlar tərəfindən Qarabağın Azərbaycanın ərazisi kimi tanındığını vurğulayıblar.

Avropadakı erməni mafioz təşkilatı olan “Demokratiya və ədalət uğrunda Avropa Erməni Federasiyası”nın rəhbəri Kaspar Karampetyanın əsassız çıxışına gənclərimiz onun layiqli cavabını veriblər.

Qeyd edək ki, Kaspar Karampetyan Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycan hüquq mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib.

Xəbər 1468 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +