“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


14.08.2018  18:51 

Dostunu bıçaqladı, 13 il cəza aldı





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu bıçaqlamaqda təqsirləndirilən Samir Hacıyevə cəza istənilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək S. Hacıyevin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

S. Hacıyev isə dostu N.Əhmədovu bıçaqlasa da, onun pulunu götürmədiyini deyib.

Zərərçəkmiş N.Əhmədov isə S.Hacıyevlə uzun müddətdir dostluq etdiyini, birlikdə mebel mağazasında işlədiklərini, ona qarşı şikayətinin olmadığını deyib.

Məhkəmə kollegiyasının hökmü ilə S.Hacıyev 13 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2017-ci ildə Abşeron rayonu Hökməli qəsəbəsində baş verib.

Belə ki, S.Hacıyev pul borclu olduğu dostu N.Əhmədovla mübahisə edib. Həmin zaman hər iki şəxs içkili olub. S.Hacıyev dostu N.Əhmədova bıçaqla iki zərbə endirib və onun cibindəki pulu da götürüb.

Xəbər 1466 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +