14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


01.12.2020  19:36 

Separatçı rejimin “başçı”ları Paşinyana qarşı çıxdılar





A+  A-

Sarsıdıcı məğlubiyyətə uğramış Ermənistan rəhbərliyi və qondarma rejimin keçmiş “hakimiyyət”i arasında müharibənin dayandırılmasına dair polemikalar davam edir.
XəzərNews.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, qondarma Dağlıq Qarabağ rejiminin keçmiş “prezident”ləri Arkadi Qukasyan və Bako Saakyan Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdakı müharibə günlərində onlarla görüşlər barədə son açıqlamalarına münasibət bildiriblər.

Separatçıların “başçı”ları açıqlamalarında müharibənin ilk günlərindən Arayik Arutyunyanla davamlı əlaqə saxladıqlarını, onunla müharibənin gedişatını, danışıqların mümkünlüyünü və s. məsələləri müzakirə etdiklərini vurğulayıblar.

“Müharibənin gedişini izləyərək komandirlər və əsgərlərlə çoxsaylı görüşlər və konfranslar keçirərək dərhal atəşkəs üçün tədbirlər görməyin lazım olduğu qənaətinə gəldik.

Araik Arutyunyan oktyabrın 19-da ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin liderlərinə və Ermənistanın baş nazirinə göndərilməsi nəzərdə tutulan, müharibənin dayandırılması və ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin bərpası ilə bağlı müvafiq məktublar hazırlamışdı.

Lakin baş nazir Paşinyan Azərbaycanın mövqeyi səbəbindən yaranan mövcud vəziyyətdə məktub göndərməyin aktuallığını itirdiyini bildirdi. Bütün həqiqət budur”,- deyə qondarma rejimin keçmiş “rəhbər”lərinin açıqlamasında bildirilib.

Qukasyan və Saakyan Paşinyanın açıqlamalarında həqiqətə uyğun olmayan məqamlar olduğunu, lakin mənasız müzakirələrdən qaçmaq üçün onlara toxunmağı yersiz hesab etdiklərini bildiriblər.

Onlar Arayik Arutyunyanın Paşinyana və ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərinin başçılarına ünvanladığı məktubları da dərc ediblər.

Xatırladaq ki, 29 noyabrda Nikol Paşinyanın öz feysbuk hesabında etdiyi açıqlamada 19 oktyabrda Araik Arutyunyan ona zəng edərək müharibənin dərhal dayandırılmalı olduğunu bildirib. Paşinyana qeyd edib ki, Arutyunyan ona təkcə öz mövqeyini deyil, həm də qondarma rejimin keçmiş “rəhbər”ləri və Ermənistanın keçmiş prezidentlərinin mövqeyini səsləndirdiyini bildirib. Paşinyanın sözlərinə görə, o bundan sonra Rusiya Prezidenti Vladimir Putinə zəng edərək müharibəni dayandırmaq barədə razılığını bildirib.

“Putin səhər Əliyevlə müzakirə edəcəyini və yenidən zəng edəcəyini söylədi. Ertəsi gün Bako Saakyan və Arkadi Qukasyan mənimlə görüşdə Qarabağın statusu və ya mexanizmlər göstərilmədən hər hansı bir razılığın əleyhinə olduqlarını bildirdilər. Onlar bunu həm də keçmiş prezidentlər Koçaryan, Ter-Petrosyan və Sarkisyan adından söylədiklərini bildirmişdilər”,- deyə Paşinyan qeyd edib.

Xəbər 2190 dəfə oxunub.



16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +