İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb
Bakıda sakit hava, rayonlara yağış yağacaq
Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl


07.02.2018  15:21 

Ərdoğan Trampı ittiham etdi





A+  A-

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ lideri Donald Trampı Suriyanın Menbiç vilayətindən YPG qruplaşmasının çıxarılması ilə bağlı verdiyi vədə əməl etməməkdə ittiham edib.
XəzərNews.az xəbər verir ki, Ərdoğan Vatikana rəsmi səfərindən sonra jurnalistlərlə görüşündə bu məsələyə toxunub: "Obama Türkiyəni Menbiçdəki Suriya silahlı kürdləri ilə bağlı məsələdə aldatdı. Tramp da eyni yolu tutub. Tramp bizə dedi ki, YPG orada qala bilməz və Fərat çayından şərqə yola düşəcəklər. Tramp etiraf etdi ki, Menbiçin əsl sahibi ərəblərdir. Amma o, verdiyi vədə əməl etmədi".
Ərdoğan əlavə etdi ki, Türkiyədə Menbiçdən olan qaçqınlar çoxdur. Onlar vətənlərinə qayıtmalıdırlar və Menbiç əsl sahiblərinə qovuşmalıdır.
Bununla yanaşı, Ərdoğan Birləşmiş Ştatları kürdlərə silah verməkdə ittiham edib. Yanvar ayının sonunda Tramp bəyan edib ki, Vaşinqton bu yardımı dayandırır.

Xəbər 1798 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +