Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Prezident onları təltif etdi
Ukrayna Kurskda körpünü vurdu
Ölkəyə 12 manata daxil olan kərə yağı niyə 24 manata satılır?
Nicat Quliyev sədr müavini təyin edildi
Din xadimlərini Komitə təyin edəcək
Bu vəzifənin icrası Kənan Quluzadəyə tapşırılıb
İş tapmaq niyə bu qədər çətinləşib? - Video
G7 ölkələri Ukraynaya dəstəkdə qərarsızdır
“Axmat”çıları daşıyan UAZ Xersonda partladıldı


27.01.2018  13:37 

Azərbaycandan 36 min dollar çıxararkən yaxalandılar





A+  A-

Rusiya və Türkiyəyə qanunsuz olaraq xarici valyuta aparmaq istəyən şəxslər saxlanılıb.
Dövlət Gömrük Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, Bakı-İstanbul aviareysilə getmək istəyən Türkiyə vətəndaşı "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçdikdən sonra üzərində bəyan ediləsi əşyaların olub-olmaması barədə sorğu-sual edilib. Vətəndaş üzərində 5000 ABŞ dolları olduğunu bildirsə də, onun hərəkətləri şübhə yaratdığı üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub.

Yoxlama nəticəsində, vətəndaşın şalvarının cibində 70 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla 7000 ABŞ dolları, gödəkçəsindəki pulqabında isə 30 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla 3000 ABŞ dolları, idman çantasında da 70 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla 7000 ABŞ dolları, ümumilikdə 17000 (on yeddi min) ABŞ dolları aşkarlanıb.

Daha bir fakt isə Bakı-Moskva aviareysi zamanı aşkarlanıb.

Belə ki, həmin reyslə getmək istəyən Rusiya Federasiyası vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı gömrük orqanına əvvəlcədən bildirməyib, şifahi, yazılı, elektron formada bəyan etməyib. Lakin vətəndaş üst geyimini və şəxsi əşyalarını aviasiya təhlükəsizliyi üzrə nəzarət zonasında plastik qaba yerləşdirib rentgen aparatının lentinə qoyub keçərkən gömrük əməkdaşları monitorda pul əskinaslarına bənzər təsvirlər görüb. Bundan sonra sərnişin saxlanılaraq ona məxsus əşyalara və üzərində şəxsi yoxlama aparılması üçün gömrük zonasında yerləşən yoxlama otağına dəvət olunub. Yoxlama zamanı Rusiya Federasiyası vətəndaşına məxsus gödəkçənin cibindən 190 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 19000 (on doqquz min) ABŞ dolları aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər 1668 dəfə oxunub.




22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu

22.05.2025  10:53 

DİN narkotik tacirini ifşa etdi

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +