Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Prezident onları təltif etdi
Ukrayna Kurskda körpünü vurdu
Ölkəyə 12 manata daxil olan kərə yağı niyə 24 manata satılır?
Nicat Quliyev sədr müavini təyin edildi
Din xadimlərini Komitə təyin edəcək
Bu vəzifənin icrası Kənan Quluzadəyə tapşırılıb
İş tapmaq niyə bu qədər çətinləşib? - Video
G7 ölkələri Ukraynaya dəstəkdə qərarsızdır
“Axmat”çıları daşıyan UAZ Xersonda partladıldı


25.08.2017  15:56 

Üç piyadanı vuran sürücü həbs olundu





A+  A-

Bərdədə 1 piyadanın ölümü, ikisinin xəsarət alması nəticələnən yol qəzasını törətmiş sürücü həbs edilib.
XəzərNews.az xəbər verir ki, bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, avqustun 20-də saat 11 radələrində Bərdə-Tərtər avtomobil yolunun Bərdə rayonu ərazisindən keçən hissəsində Nəriman Nərimanlının idarə etdiyi “VAZ-21154” markalı 90-NN-695 dövlət qeydiyyat nişanlı avtomobillə Malik Əliyevin idarə etdiyi “VAZ-21061” markalı 32-BC-306 dövlət qeydiyyat nişanlı avtomobil toqquşduqdan sonra “VAZ-21154” markalı avtomobil yolun kənarında dayanmış piyadalar Sərvər Məmmədov, Aygün Səmədova və Ağapəri Məmmədovanı vurub.

Yol nəqliyyat hadisəsi nəticəsində A.Məmmədova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib, digər piyadalar isə müxtəlif dərəcəli xəsarətlərlə Bərdə mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hadisə yerinə baxış keçirilməklə sxem tərtib olunmuş, fotoşəkillər çəkilmiş, məhkəmə tibbi, kompleks məhkəmə-trassoloji və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, şahidlərin və sürücünün ifadəsi alınıb, hadisənin baş vermə şəraitini özündə əks etdirən videogörüntülər əldə olunaraq cinayət işinə əlavə olunub və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

N.Nərimanlı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbər 1666 dəfə oxunub.



22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu

22.05.2025  10:53 

DİN narkotik tacirini ifşa etdi

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir


BÜTÜN XƏBƏRLƏR +