Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


08.12.2020  16:43 

“Kimsə yüngül keçirə bilər, amma evdən çıxanda virusu yayır”





A+  A-

“Komendant saatına, azad edilmiş yerlərdə komendatura rejiminin həyata keçirilməsinə və karantin rejiminə nəzarəti Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların hərbi qulluqçuları həyata keçirib”.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsində də Daxili İşlər Nazirliyinin əməkdaşlarının böyük rolu olub: “Vətəndaşlardan xahiş edirik ki, karantin rejiminin qaydalarına əməl etməkdə həssaslıq göstərsinlər. Koronavirusa yoluxduğunu bilərək evdən çıxan şəxslərlə bağlı bu günədək 266 cinayət işi başlanılıb, 23 cinayət işinin istintaqı tamamlanaraq məhkəməyə göndərilib.

Ola bilər kimlərsə xəstəliyi yüngül keçirə bilər, amma ictimai yerlərə çıxmaqla virusu sürətli yaya bilər və bunun nəticəsində virusa yoluxanlardan kimlərinsə ölümünə səbəb ola bilər. Buna görə də bütün vətəndaşları koronavirusla mübarizədə səfərbərliyə çağırırıq. Vaksinin ölkə üzrə tətbiqinə kimi əlimizdə olan ən yaxşı üsul maska taxmaq, sosial məsafə saxlamaq və dezinfeksiya qaydalarına əməl etməkdir”.

Xəbər 2531 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +