İrana Ermənistan mediasındakından daha açıq dəstək var - Deputat
Fidan Məmmədova saxlanılıb - 42 min manata ələ keçirib
Əcəb edib çəkilmişəm, vəssalam - Rasim Balayev
İran Təl-Əvivdə “Mossad“ın binasının vurub
Azərbaycanı hədələyən azərbaycanlılar İrandan qaçıb
Bakının bir çox ərazilərində su yoxdur
İran İsrailə kütləvi ballistik raketlər atdı
Rusiya Kiyevi vurdu: 14 nəfər həlak olub
Tramp: Hamı Tehranı dərhal boşaltmalıdır
SEPAH generalı Əli Şadmani öldürülüb


10.06.2025  11:05 

Abel Məhərrəmov və Əhliman Əmiraslanovun SƏRVƏTİ.. - Onlar necə dolanır?





A+  A-

Sabiq deputat, təhsil eksperti Etibar Əliyev maraqlı və sensasional yazı ilə çıxış edib.

Xəzərnews.az həmin yazını təqdim edir:

- Jurnalist Abel Məhərrəmova sual verir: Aldığınız maaş və təqaüd sizi qane edirmi?

Abel məllim müdrik görkəm alıb, sualı belə cavablandırır: Əlbəttə ki, mən iki dəfə deputat olmuşam, xalqımız da deputatın təqaüdünü bilir, mənə də deputat təqaüdü verirlər. Akademiyada çalışıram, hamı bilir ki, akademik nə qədər alır. Bakı Dövlət Universitetində akademik kafedra müdiri kimi ordan da maaş alıram. Rusiya Elmlər Akademiyasından da müəyyən köməkliklər olur. Beləliklə, sosial durumumdan heç bir narazılığım yoxdur. Yoldaşım da çalışır, uşaqlar da özlərini dolandırırlar. Arzu edirəm ki, Azərbaycan cəmiyyətinin hamısının kaş bizim kimi sosial durumları yaxşı olsun.

Adam olmayan alimliyi ilə hökumətdən azı 15 min pul qopardır. Yadımdan çıxmamış yazım. Adam 5.000- dən çox adama köçürmə və 2- ci təhsil adı ilə “Hüquqşünaslıq” diplomu verib.

Abel müəllimin sosial durumunun yaxşılaşmasına Mona Liza şadlıq sarayını, Nabranda sahibi olduğu və Hökumət evi yekəliyində “İstirahət mərkəzi”ni, (Hökumət evindən yekə bir istirahət mərkəzinin açılışını da yaxın günlərdə edəcək) Qızıl Qazmada mülklər və restoranlarını, 20-dən çox evinin olmasını da əlavə etsək, həqiqətən sosial durumunun pis olmadığı qənaətinə gələ bilərik. Ən maraqlısı nədir: İstirahət Mərkəzi və Şadlıq sarayında kassanın arxasında oturub, pulları özü sayır. Hələ Altıağacdakı villalarını demirəm. Adam əhvalı yaxşı olanda elmdən də danışır.

Bəs görəsən akademik Əhliman Əmiraslanovun sosial durumu necədir? Əhliman məllim Milli Məclisin Səhiyyə Komitəsinin sədridir. “Onkologiya Klinika”sının direktorudur, Tibb Universitetinə 23 il rəhbərlik edib və həmin universitetdə 33 ildir ki, “Onkologiya” kafedrasının müdiridir. Elmlər Akademiyasında “Biologiya və tibb elmləri bölmə”sinin akademik katibi olub. Sumqayıta nəhəng bir Onkologiya klinikasının sahibidir. Uşaqları da general və biznesmen kimi özlərini dolandırırlar. Yəqin ki, Əhliman məllimin də arzuları Abelin arzularına bənzəyər.

Bütün bunların müqabilində onlar insanlara mənəviyyat dərsi keçir, gəncləri həyatda dürüst olmağa çağırırlar.

Zəruri qeyd: Abel Məhərrəmov Ramiz Mehdiyevin nəvəsinin toyunda Ramiz Ənvəroviçin “şərəfinə” tost dedi. Əlində çaxır yox, araq rumkası tutmuşdu. Əhliman Əmiraslanov isə Ramiz Mehdiyevin əməllərinin ifşa olunduğu vaxtda səsini də çıxarmadı.



Xəbər 1526 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.06.2025  12:16 

Kiril müsəlmanları müdafiə etdi

16.06.2025  12:06 

Ruslar İsraili tərk edir

16.06.2025  11:16 

Pənah Hüseyn niyə istefa verdi?

16.06.2025  11:13 

İsrail itkilərini açıqladı

15.06.2025  16:21 

Ərdoğan Netanyahunu tənqid etdi


BÜTÜN XƏBƏRLƏR +