200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


12.02.2021  10:57 

Navalnının növbəti məhkəməsi keçirilir





A+  A-

Rus müxalif bloqer Aleksey Navalnı Böyük Vətən Müharibəsi veteranı İqnat Artemenkoya qarşı böhtanla əlaqədar cinayət işinə baxılması üçün Babuşkinski məhkəməsinə gətirilib.
XəzərNews.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Navalnı məhkəməyə “Matrosskaya Tişina” təcridxanasından Penitensiar Xidmətin avtomobilində gətirilib.

Mümkün icazəsiz aksiyaların qarşsını almaq üçün məhkəmə qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib. Ancaq hazırda məhkəmə binası ətrafında Navalnının tərəfdarlarının olmadığı bildirilib.

Qeyd edək ki, Navalnıya qarşı bu ittihama Böyük Vətən Müharibəsi veteranı Artemenkonun Rusiya Konstitusiyasındakı dəyişiklikləri dəstəklədiyi videonu şərh edərkən işlətdiyi ifadələr səbəb olub. İttiham aktına görə, bloqer videonun altına qəsdən yalan və qazinin şərəf və ləyaqətini ləkələyən şərhlər yerləşdirib.

Təqsiri sübut edildikdə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 128.1-ci maddəsinin 2-ci hissəsinə əsasən, ona cərimə və ya məcburi iş təyin edilə bilər.

Xəbər 2218 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +