200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


16.07.2020  12:49 

Milyarderlər və siyasətçilərin tvitter hesabları ələ keçirilib





A+  A-

Co Bayden, Bill Qeyts, İlon Mask, Ceff Bezos, Kanye Vest və Barak Obama kimi bir çox məhşur şəxsin tvitter hesabları hakerlər tərəfindən ələ keçirilib.
XəzərNews.az "Geekwire" portalına istinadən xəbər verir ki, istifadəçilərin səhifələrində bir bitcoin hesabına min dollar göndərməyə dəvət edən mesajlar paylaşılıb. Bundan sonra mesajda məbləğin ikiqat qaytarılacağı bildirilib.

Təhlükəsizlik boşluğunun səbəbi hələ ki, bilinmir. Ancaq mütəxəssilərə görə, hadisənin miqyası hücumun tək bir hesabla həyata keçirilmədiyini göstərir.

Hadisədən sonra Twitter səhmləri təxminən 5 faiz dəyər itirib.

"Tvitterdəki hesabların təhlükəsizliyinə mənfi təsri göstərən bir ehmaldan xəbərdarıq. Vəziyyəti araşdırırıq və problemi düzəltmək üçün addımlar atırıq. Hadisə ilə əlaqədar ən qısa müddətdə açıqlama verəcəyik" deyə Twitter Texniki Dəstək səhifəsində bildirilib.

Xəbər 1633 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +