200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


02.07.2018  19:46 

Türkiyə parlamentində deputatların sayı artdı





A+  A-

Türkiyə Böyük Millət Məclisinin 27-ci müddəti üçün təmsil olunan deputatların sayı artıb.
XəzərNews.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, bununla əlaqədar Türkiyə Böyük Millət Məclisində geniş dəyişikliklər ediləcək.

27-ci dövr üçün Türkiyə Böyük Millət Məclisində millət vəkillərinin sayı 600 nəfərə yüksəlib.

Bundan əvvəlki dövr üçün isə təmsil olunan millət vəkillərinin sayı 550 nəfər olub.

Bundan əlavə, parlamentdə təmsil olunan siyasi partiyaların da sayı 5-dən 8-ə yüksəlib.

Böyük Millət Məclisinin binasında yeni millət vəkilləri üçün yerlər qurulacaq və otaqlar düzəldiləcək.

Əvvəlki dövrdən qalan 267 millət vəkili öz otaqlarında qala biləcəklər.

Qalan 333 deputat üçün isə püşkatma təşkil edilib. Lakin nazirlər, prezident şurasının üzvləri, siyasi partiyaların qrup başçıları və beynəlxalq komissiya rəhbərlərini təşkil edən 60 deputata otaq çatmayıb.

Onlar üçün vəzifələrinin təyini və yeni otaqların tikilişindən sonra bu ayın sonu ya da avqust ayında yeni püşkatma olacaq.

Xəbər 1349 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +