200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


29.04.2025  23:10 

Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb





A+  A-

Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb. Atəş səsləri Cammu bölgəsindəki beynəlxalq sərhəd xəttində eşidilib.

XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan Baş naziri Narendra Modi aprelin 29-da hərbçilərə "tam operativ azadlıq" verib.

Bildirilib ki, əgər indiyədək hər iki tərəf yalnız atıcı silahlar və ağır pulemyotlardan istifadə edirdisə, artıq artilleriya vasitələri də işə salınıb.

Xatırladaq ki, 22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açıb. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.

Xəbər 1839 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +