200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


19.02.2025  17:19 

AFFA-nın bu qərarı ədalətlidir?





A+  A-

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib və vacib qərarlar qəbul olunub. Onların içərisində əsas olanı Premyer Liqada idman prinsipi məsələsi olub ki, qurum çox doğru addım atıb.

"Cari mövsüm Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq".

Əladı. İdman və ədalət prinsipləri qorundu. AFFA-nı təbrik edir, alqışlayıram. Bu qərar quruma, onun rəhbərliyinə olan etimad və etibarı artıracaq, sistemli inkişafa kömək edəcək.

Çempionatın formatı ilə bağlı suala da aydınlıq gəlib.

"Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün formatı müzakirə edilib. Qərara alınıb ki, növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olsun. III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək".

Bu da doğru qərardı. Altılıq, dördlük və sairə bu kimi calaq formatlar özünü doğrultmur və xeyli suallara yol açır. Ona görə də bu gün üçün ən idealı 3 dövrəli, 33 turluq çempionat idi ki, o da rəsmiləşdi.

Doğru işlər görülür. Davamlı olsun!

Kənan Məstəliyev

Xəbər 2695 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +